İsrail İranın zərbəsinə cavab qərarı verməyib - KİV

13:50 - 11 Oktyabr 2024 - DÜNYA

İsrail hakimiyyəti hələ oktyabrın 1-də İranın kütləvi raket hücumuna cavabın formatı barədə qərar verməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü Bloomberg adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail Təhlükəsizlik Kabinetinin cümə axşamı keçirilən iclası cavabın nə olacağına dair qərar qəbul edilmədən başa çatıb.
Agentlik qeyd edir ki, eyni zamanda, baş nazir Benyamin Netanyahunun hökumətində fikir ayrılıqlarının olub-olmaması, yoxsa onun vaxtını tələb edib-etməməsi aydın deyil.

Bloomberg yazır ki, ABŞ və bir sıra Avropa və ərəb ölkələri İsrailin İrana genişmiqyaslı hücumunun bütün regionda müharibəyə səbəb ola biləcəyindən və bunun Vaşinqtonu münaqişəyə birbaşa cəlb edəcəyindən narahatdır.///tass

Xəbər xətti