Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) iki üzvü İsrailin Ras əl-Naqura burnunda sülhməramlıların qərargahı ərazisini atəşə tutması zamanı yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə UNIFIL komandanlığındakı mənbəyə istinadən Al Mayadeen telekanalı məlumat yayıb.
Məlumata görə, hücum “Mavi Dəbilqəlilər” düşərgəsinin ərazisinə girişdə həyata keçirilib.
Sülhməramlılardan biri ağır yaralanıb.