Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyanın istefa bəyanatından sonra daha iki nəfər gəlib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan tutduğu vəzifədən uzaqlaşdırılıb.
İqtisadiyyat nazirinin müavini Narek Teryan da tutduğu vəzifədən azad olunmaq üçün ərizə verib.
Vardanyan bu vəzifəni 2018-ci ildən tuturdu, daha əvvəl enerji sektorunda işləyib. Teryan 2021-ci ildə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
İstefaların səbəbləri göstərilmir. Hər üçü öz istəyi ilə istefa ərizəsini verib.