İsrail döyüş bölgələrində mülki insanları qorumalıdır - Blinken

11:07 - 11 Oktyabr 2024 - DÜNYA

İsrailin özünümüdafiə hüququ var, lakin eyni zamanda "Hizbullah" və Fələstinin HƏMAS hərəkatına qarşı hərbi əməliyyatların aparıldığı ərazilərdə mülki əhalinin təhlükəsizliyini təmin etməlidir.

Ucnoqta.az xəbər verir ki, bu mövqeyin dəyişməzliyini ABŞ-ın dövlət katibi Entoni Blinken Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) illik sammitində mətbuat konfransı zamanı təsdiqləyib.

“İsrailin Hizbullah və HƏMAS tərəfindən həyata keçirilən terror hücumlarına qarşı özünü müdafiə etmək hüququ var. Ancaq İsrailin mülki əhalinin müdafiəsini təmin etməyə diqqət yetirməsi də vacibdir” - Dövlət katibi qeyd edib.

Xəbər xətti