Onilliklər ərzində yapon animasiyasının ən məşhur obrazlarından biri olan Doraemonu səsləndirən yapon aktrisa Nobuyo Ooyama 90 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Ooyamanın qocalıqdan vəfat etdiyi qeyd edilir.
50 illik karyerası ərzində Nobuyo Ooyama animasiya filmlərində müxtəlif rollar səsləndirib. Lakin o, yapon məktəbli Nobitaya kömək etmək üçün 22-ci əsrdən gələn Doraemon adlı pişiyə bənzər robotun səsi kimi şöhrət qazanmışdı.
26 il Doraemon həmişə Nobuyo Ooyamanın səsi ilə danışırdı.