İsrail "İslami Cihad"ın səhra komandirini məhv etdiyini açıqlayıb

07:50 - 11 Oktyabr 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilindəki Nur Şəms şəhərində radikal Fələstin İslami Cihad hərəkatının səhra komandirinin öldürüldüyünü açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İDF və Şin Betin (Ümumi Təhlükəsizlik Xidməti) birgə bəyanatında deyilir.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri və Şin Betin birgə antiterror əməliyyatları zamanı ötən gün İsrail ordusuna məxsus təyyarə Tulkərm bölgəsinə zərbə endirib və Nur Şəmsdə İslami Cihad terror şəbəkəsinin başçısı Məhəmməd Abdullahı öldürülüb.
Bildirilir ki, onunla birlikdə daha bir terrorçu məhv edilib.

Qeyd olunur ki, Abdullah avqustun 29-da İsrail polisi tərəfindən məhv edilən Tulkərmdəki terror şəbəkəsinin başçısı Məhəmməd Cabirin (Əbu Şucaa) varisi idi.

Xəbər xətti