Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası realdır - Kobaxidze

00:01 - 11 Oktyabr 2024 - DÜNYA

Abxaziya və Cənubi Osetiyanın ilhaqını nəzərə alaraq respublikanın ərazi bütövlüyünün dinc yolla bərpası tamamilə realdır.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstanın İctimai Televiziyasına müsahibəsində deyib.

“1988, 1989 və hətta 1990-cı illərdə heç kim Sovet İttifaqının dağılacağına inanmırdı, lakin 1991-ci ilin sonunda dağıldı. Çox şey konkret proseslərdən asılı olacaq. Hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə realdır”, - Kobaxidze bildirib.

Xəbər xətti