ABŞ senatoru və baş prokuroru Robert Kennedinin dul arvadı Ethel 97 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun nəvəsi III Co Kennedi X sosial şəbəkəsində məlumat verib.
Ölümün səbəbi yaşlı qadının keçən həftə keçirdiyi insultdan yaranan fəsadlar olub.
Ethel Kennedi ictimai fəaliyyətlə məşğul idi, xüsusən də insan haqlarını fəal şəkildə müdafiə edirdi.
III Kennedi deyib ki, Etheldən doqquz övladı, 34 nəvəsi və 24 nəticəsi var.