İlk mpox infeksiyası ("empox", meymun çiçəyinin yeni adı) Zambiyada qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Lakin virusun modifikasiyası dəqiqləşdirilməyib.
İnfeksiya sentyabrın əvvəlində Zambiyaya gələn və daha sonra təhlükəli xəstəliyin simptomları - əzələ ağrısı, yorğunluq və boğaz ağrısı əlamətləri əmələ gələnə qədər ölkəni gəzən 32 yaşlı Tanzaniya vətəndaşında aşkar edilib.