Rusiya prezidenti Vladimir Putin Gürcüstanın bütün vətəndaşları üçün vizasız rejim şərtlərini genişləndirib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Qanunvericilik aktları portalında dərc olunan fərmanın yeni redaksiyasında əvvəllər viza tələb olunan istisnalar artıq öz əksini tapmır.
Xüsusilə, indi Gürcüstan vətəndaşları “iş fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə və ya 90 gündən çox müddətə” Rusiya Federasiyasına vizasız, habelə Rusiyada təhsil almaq istəyənlər daxil ola biləcəklər.
Fərman imzalandığı gündən qüvvəyə minir.