Qəzzada həlak olanların sayı 42 mini ötüb

14:46 - 10 Oktyabr 2024 - DÜNYA

Son 24 saat ərzində blokada altında olan Qəzza zolağında ən azı 55 fələstinli İsrail qüvvələri tərəfindən öldürülüb.

Ucnoqta.az xəbər verir ki, anklavın Səhiyyə Nazirliyi bu barədə öz teleqram kanalında məlumat yayıb.

Açıqlamada bildirilir ki, son 24 saat ərzində Qəzzada 55 nəfər ölüb, 166 nəfər yaralanıb.
Hərbi əməliyyatın əvvəlindən indiyədək İsrailin hücumu nəticəsində həlak olanların ümumi sayı 42 065 nəfərə yüksəlib, daha 97 886 nəfər yaralanıb.

Xəbər xətti