BMT-nin baş katibi Antonio Quterreş BRİKS-in Kazanda keçiriləcək sammitində iştirak etmək niyyətində olduğunu BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Bəli, o, BMT Baş Assambleyası çərçivəsində Sergey Viktoroviç Lavrovla görüşü zamanı öz niyyətindən danışıb”, - deyə Zaxarova müvafiq suala cavab verib.