Parisdə parlament binasını su basdı

13:17 - 10 Oktyabr 2024 - DÜNYA

Fransa paytaxtına yağan güclü yağış səbəbindən Parisin 7-ci rayonunda deputatların qəbul otaqlarının yerləşdiyi Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) binasını su basıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Daşqın səbəbindən deputatlar və onların köməkçiləri təcili təxliyə edilməli olub.
Bu, 2025-ci ilin dövlət büdcəsi layihəsinin yaxın vaxtlarda müzakirəyə çıxarılmalı olduğu parlamentin işini çətinləşdirib.

Xəbər xətti