"Bu bizi nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz" - Prezident

11:50 - 10 Oktyabr 2024 - SİYASƏT

Prezident İlham Əliyev COP öncəsi tədbirinin iştirakçılarına müraciətində bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunub.

Ucnoqta.az xəbər verir ki, dövlət başçısı bildirib ki, bu cəhdlər əbəsdir.

"Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz", - Prezident İlham Əliyev vurğulayıb.

Xəbər xətti