"Milton" qasırğası 1-ci kateqoriyaya qədər zəifləyib

10:46 - 10 Oktyabr 2024 - DÜNYA

ABŞ-ın Florida ştatını vuran "Milton" qasırğası 5 ballıq Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya qədər zəifləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.

Daha əvvəl bu, üçüncü kateqoriyalı qasırğa kimi qiymətləndirilmişdi, lakin cümə axşamı yerli vaxtla saat 01:00 radələrində küləklərin sürəti təxminən 40 m/s-ə enib.
Hazırda qasırğa 25 km/saat sürətlə şərqə doğru irəliləyir.

Milton qasırğası səbəbindən Florida sakinlərinin 2,7 milyon nəfəri elektriksiz qalıb.

Xəbər xətti