11 gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb
Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Sentyabrın 30-da 1978-ci il təvəllüdlü Məzahir Şamil oğlu Dünyamalıyev yolu keçərəkən maşın vurub.
O, xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq bu gün müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.