ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyanın Kanaqava prefekturasına məcburi eniş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilir.
Bildirilir ki, helikopter ABŞ Hərbi Hava Qüvvələrinin Kanaqava prefekturasında yerləşən Atsugi bazasına qeydiyyatda olub.
Təcili enişin səbəbləri barədə məlumat verilməyib, helikopterin növü də açıqlanmayıb.