Avropa İttifaqı səfirləri Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul da daxil olmaqla Moldova müxalifətinə qarşı daha bir sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə diplomatik mənbə bildirib.
Bundan əvvəl mənbələr altı fiziki və hüquqi şəxsə qarşı sanksiyaların hazırlandığını bildirmişdilər.
Sanksiyalar arasında aktivlərin dondurulması və Aİ-yə giriş qadağası var və onlar Aİ Şurası tərəfindən təsdiqləndikdən sonra gələn həftə qüvvəyə minəcək.