Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gedib.
Ucnoqta.az xəbər verir ki, bunu prezidentin mətbuat xidmətinə yaxın Telegram kanalı məlumat yayıb.
Liderlərin geniş tərkibdə danışıqlar aparacağı Böyük Kreml Sarayının Yaşıl qonaq otağının fotoşəkili də dərc olunub.