İsrail Livanda185 "Hizbullah" hədəfinə zərbələr endirib

14:08 - 9 Oktyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Livanda şiə təşkilatı Hizbullahın 185-ə yaxın hədəfinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onların hədəfi hərbi infrastruktur, müşahidə məntəqələri, silah anbarları, atıcı qurğular və silahlı radikalların ayrı-ayrı dəstələri olub.

Mətbuat xidməti bildirir ki, hava hücumları məhdud quru əməliyyatı çərçivəsində İsrail qoşunlarının "Hizbullah" silahlı birləşmələri ilə döyüşdüyü və hərbi hədəfləri tapıb məhv etdiyi Livanın cənubunda quru qoşunlarının hərəkətləri ilə eyni vaxtda həyata keçirilib.

Xəbər xətti