Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayen Macarıstan prezidenti Viuktor Orbanı tənqid edib
Ucnoqta.az xəbər verir ki, ruslara qarşı yaxşı münasibətinə görə deyib:
"Kimi buraxmaqdan söz düşmüşkən - necə ola bilər ki, Macarıstan hakimiyyəti Rusiya vətəndaşlarını bizim İttifaqımızın ərazisinə əlavə təhlükəsizlik yoxlamaları olmadan dəvət etsin!
Bu səbəbdən yeni Macarıstan viza sistemi təhlükəsizlik riski yaradır. Təkcə Macarıstan üçün deyil, bütün üzv ölkələr üçün.
Və necə ola bilər ki, Macarıstan hakimiyyəti Çin polisinin Macarıstan ərazisində fəaliyyət göstərməsinə icazə versin? Bu, Avropa suverenliyinin müdafiəsi deyil.
Bu, xarici müdaxilə üçün bir boşluqdur".