Macarıstan viza sistemi təhlükəsizlik riski yaradır - Ursula fon der Lyayen

13:24 - 9 Oktyabr 2024 - DÜNYA

Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayen Macarıstan prezidenti Viuktor Orbanı tənqid edib

Ucnoqta.az xəbər verir ki, ruslara qarşı yaxşı münasibətinə görə deyib:
"Kimi buraxmaqdan söz düşmüşkən - necə ola bilər ki, Macarıstan hakimiyyəti Rusiya vətəndaşlarını bizim İttifaqımızın ərazisinə əlavə təhlükəsizlik yoxlamaları olmadan dəvət etsin!
Bu səbəbdən yeni Macarıstan viza sistemi təhlükəsizlik riski yaradır. Təkcə Macarıstan üçün deyil, bütün üzv ölkələr üçün.
Və necə ola bilər ki, Macarıstan hakimiyyəti Çin polisinin Macarıstan ərazisində fəaliyyət göstərməsinə icazə versin? Bu, Avropa suverenliyinin müdafiəsi deyil.
Bu, xarici müdaxilə üçün bir boşluqdur".

Xəbər xətti