İngiltərənin "Liverpul" klubunun keçmiş baş məşqçisi, alman Yurgen Klopp Red Bull-un futbol departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky Sports telekanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, mütəxəssislə konsern arasında müqavilə imzalanıb, Klopp 2025-ci il yanvarın 1-də işə başlayacaq.
Qeyd olunur ki, Klopp Almaniya millisinə başçılıq etmək üçün dəvət alarsa, müqavilədə müqaviləyə vaxtından əvvəl xitam verilməsi variantı var.
Futbol departamentinin rəhbəri kimi mütəxəssis Almaniyanın “Leyptsiq”, Avstriyanın “Zalsburq”, ABŞ-dan Nyu-York Red Bulls və Braziliyanın “Red Bull” klublarının daxil olduğu Red Bull klublarının beynəlxalq şəbəkəsinin strateji idarəçiliyinə cavabdeh olacaq.
Onun roluna həmçinin klublara məşqçilik, oyun fəlsəfəsi və inkişafla bağlı məsləhətlər daxildir.
Kloppun 57 yaşı var, karyerasında sonuncu klubu “Liverpul” olub.