Bundestaq Kiyevə dəstək üçün 400 milyon avro ayrılmasını təsdiqləyib
Ucnoqta.az xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin Kiyevə yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq RND redaksiyasına müsahibəsində deyib.
Freydinq bildirib ki, yalnız 2024-cü il üçün əlavə 400 milyon avro üçün Bundestaqdan razılıq alınıb. Bu isə bu il ümumi dəyəri 1,4 milyard avro olan 50 layihəni həyata keçirməyə imkan verəcək.
Eyni zamanda o xatırladıb ki, ABŞ hakimiyyəti Ukraynaya kömək üçün əlavə 8 milyard avro ayırmağa söz verib.
O, Almaniyanın Kiyevə dəstəyini davam etdirəcəyinə əmin edib.
Generalın sözlərinə görə, Ukraynanın artilleriya sursatları ilə təminatı yaxşılaşıb.