Çərşənbə günü daimi nümayəndələrin iclasında Avropa İttifaqı Rusiyanın aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 35 milyard avro (təxminən 39 milyard dollar) ayrılması barədə razılığa gələ bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, bundan sonra qərar Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir və noyabrda rəsmi təsdiq oluna bilər.
Qəzet Aİ-nin birlik ölkələrinə tez bir zamanda qərar verməsi üçün təzyiq göstərdiyinə işarə edir.
Bu halda, Aİ-nin G7 ölkələrinə verilən ümumi kreditdəki payı 35-dən 20 milyard avroya düşə bilər.