NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı, eyni zamanda ABŞ-ın Avropa Komandanlığına da rəhbərlik edən general Kristofer Kavoli Link 16 rabitə sistemini və JASSM qanadlı raketlərini, onun fikrincə, Vaşinqtonun Kiyevə tədarük etməli olduğu silahlar siyahısına daxil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN məlumat yayıb.
Qeyd olunur ki, Kavoli siyahını tərtib edərkən Ukraynanın bu silah növlərini dəfələrlə tələb etsə də, ABŞ-ın tədarükləri gecikdirməsinin səbəblərini göstərməyib.
CNN mənbələrinin məlumatına görə, bu, ABŞ-ın ən son Amerika texnologiyasının Rusiya ordusunun əlinə keçəcəyindən qorxması ilə bağlı ola bilər.