Florida tarixində ən byük evakuasiya - 5,5 milyon insan ...

07:49 - 9 Oktyabr 2024 - DÜNYA

Florida hakimiyyəti "Milton" qasırğasının yaxınlaşması ilə əlaqədar ştatın 5,5 milyondan çox sakininə evlərini tərk etməyi və təxliyə etməyi tövsiyə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “The New York Times” məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, bu evakuasiya ştat tarixində ən böyük evakuasiyalardan biri olub.
Hətta keçmişdə qasırğalar səbəbiylə evlərini tərk etməməyi seçən bəzi floridiyalıların məsləhətinə qulaq asıb getməyə qərar verdilər.

Səlahiyyətlilər vətəndaşlardan əsas evakuasiya yollarında tıxacların yaranmasının qarşısını almaq üçün yaxınlıqdakı sığınacaqlara getmələrini və uzaq daxili ərazilərə getməmələrini xahiş ediblər.

Xəbər xətti