İsrailin müdafiə naziri Vaşinqtona səfərini təxirə salıb

23:28 - 8 Oktyabr 2024 - DÜNYA

İsrail yəhudi dövlətinin müdafiə naziri Yoav Qalantin Vaşinqtona səfərini təxirə salması ilə bağlı ABŞ-ı xəbərdar edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

Səfərin təxirə salınmasının iki dövlət arasında İranın hücumuna mümkün cavabla bağlı danışıqların gedişinə bu və ya digər şəkildə təsir edib-etməməsi ilə bağlı sualı cavablandıran Sinq, İsrailin əməliyyatları ilə bağlı şərh vermək niyyətində olmadığını deyib. 

Pentaqonun mətbuat katibinin müavini səfərin təxirə salınmasına nəyin səbəb olduğunu izah etməkdən imtina edib.
Oktyabrın 9-da Pentaqonda müdafiə nazirlərinin görüşü nəzərdə tutulmuşdu.

Xəbər xətti