Uşaq evindən qaçan Ramal ortaya çıxdı - VİDEO

20:11 - 8 Oktyabr 2024 - Cəmiyyət

"Səni Axtarıram" verilişinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı 3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsindən qaçan 13 yaşlı Ramal Rəsulovu yerləşdirildiyi Sosial Xidmətlər Agentliyinin digər müəssisəsində yanına gedib.

Ucnoqta.az xəbər verir ki, tanınmış aparıcı müəssisəyə xəbərsiz gəldiyini deyib. Ramal Sosial Xidmətlər Agentliyinin müəsisəsindən razılıq edib.

Xoşqədəm Hidayətqızı isə bildirib ki, Ramalı burada xoşbəxt görəndə sevindim:

 ""Səni Axtarıram"da Ramalın hayqırtısı, haqqını tələb etməsi sosial şəbəkələrdə o qədər geniş yayıldı ki, onu tanımayan yoxdur. Bura qəflətən gəldim, Ramalı həyətdə xoşbəxt görəndə mən də sevindim. Bütün uşaqlar xoşbəxt olsun. Uşaqları sevin. Uşaqlara qalxan əllər qırılsın" - Xoşqədəm Hidayətqızı deyib.

Əməkdar jurnalist yaratdıqları şəraitə görə Sosial Xidmətlər Agentliyinə və rəhbərliyinə təşəkkür edib.

Ətraflı süjetdə:

Xəbər xətti