Qərb Ukraynaya uzaqmənzilli raketlərdən istifadəyə icazə verən kimi,... - Lavrov

16:32 - 8 Oktyabr 2024 - DÜNYA

Qərb Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verən kimi, Rusiya Federasiyasının cavab tədbirləri artıq qüvvəyə minəcək. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Prezident nə edəcəyimizi, belə bir qərar verilsə, hansı nəticələrə gələcəyimizi dediyi üçün biz bu mövzunun monitorinqini dayandırdıq. Qəbul edilən kimi, əgər qəbul olunarsa, biz bundan xəbər tutacağıq və Vladimir Putinin dediyi sxem artıq fəaliyyətdə olacaq" - Lavrov bildirib.

Xəbər xətti