Jurnalistlər Əhmədin məhkəməsinə buraxılmadı

16:14 - 8 Oktyabr 2024 - Xəbər

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesə media nümayəndələri buraxılmayıb.

Prosesə media nümayındələrinin buraxılmamasının səbəbi açıqlanmayıb.

Xəbər xətti