“Milton” qasırğası Meksika körfəzinin cənubunda Saffir-Simpson şkalası üzrə 4-cü kateqoriyaya qədər zəifləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Hazırda qasırğa Proqreso şəhərindən təxminən 105 km şimal-şərqdə yerləşir və 15 km/saat sürətlə şərqə doğru irəliləyir.
Onun hüdudları daxilində küləyin maksimal sürəti 69 m/s-ə çatır.