İranın Xatəm əl-Ənbiya hava hücumundan müdafiə bazasının rəsmiləri nüvə tədqiqat reaktorunun yerləşdiyi İsfahan şəhəri yaxınlığında partlayışlar barədə xəbərləri təkzib ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ynetnews xəbər portalı məlumat yayıb.
Məlumata görə, İran tərəfinin bəyanatı bölgədə partlayışlar barədə məlumatların ardınca verilib və rəsmilər bunu yalan adlandırıb.
Portal bildirir ki, xəbərlərin mənbəyi və ya iddia edilən hadisənin mahiyyəti barədə əlavə təfərrüatlar verilməyib.///tass