İsrail Müdafiə Qüvvələri Beyrutda "Hizbullah" hərəkatının qərargahının komandirlərindən birinin ləğv edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, "Hizbullah" qərargahının komandiri Süheyl Hüseyn Hüseyni İsrail Hərbi Hava Qüvvələrinin dəqiq zərbəsi nəticəsində öldürülüb.
Hesabatda onun İrandan maddi-texniki təchizat və silah tədarükünə, həmçinin "Hizbullah" bölmələrinə silah paylanmasına cavabdeh olduğu iddia edilir.