Livanla sərhəddə və Qəzza zolağında davam edən döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) iki hərbçisi həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bununla da, İsrail ordusunun Yaxın Şərq münaqişəsi zamanı ölən hərbçilərinin ümumi sayı 730 nəfərə çatıb.