Polşalı iş adamı Ziqmunt Solorza məxsus ZE PAK enerji şirkətinin direktorlar şurası onun oğulları Tobias Solorz və Piotr Zakı şirkətin müşahidə şurasından kənarlaşdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Bloomberg məlumat yayıb.
Məlumata görə, bu, şirkətin səhmlərinin 3,3% ucuzlaşmasına səbəb olub, onların qiyməti 2022-ci ildən bəri ən aşağı səviyyəyə yaxınlaşıb.
Agentliyin məlumatına görə, dəyişikliklər ZE PAK-ın 8,9%-nə sahib olan və firmanın ikinci ən böyük minoritar səhmdarı olan Polşa fondu NN Group NV arasında narahatlıq yaradıb.
Fondun baş icraçı direktoru Şimon Ozoq mövcud vəziyyətdən və ailə münaqişəsindən narahat olduqlarını deyib.
O qeyd edib ki, bu hallar, eləcə də Ziqmunt Solorzun səhhətinin pisləşməsi ilə əlaqədar şirkət rəhbərliyi inkişaf strategiyaları hazırlamaq əvəzinə, onun varisinin və kadr dəyişikliklərinin müəyyənləşdirilməsinə diqqət yetirəcək.