İsrail ordusu Hizbullahın Beyrutdakı kəşfiyyat qərargahına zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətindən verilən açıqlamaya görə, Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları şiə təşkilatı Hizbullahın hərbi qanadının kəşfiyyat qərargahına hədəfli zərbə endirib.
Bundan əlavə, səhər saatlarında İsrailin döyüş təyyarələri Livanın cənubunda və respublikanın şərqindəki Bekaa vadisində "Hizbullah"ın hərbi obyektlərinə hücum edib.
Ordunun bildirdiyinə görə, hədəflər silah anbarları, hərbi infrastruktur obyektləri və bir raket buraxılış qurğusu olub.