Bayden fövqəladə vəziyyət elan etdi

20:51 - 7 Oktyabr 2024 - DÜNYA

ABŞ prezidenti Co Bayden ştata yaxınlaşan Milton qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd edilir ki, 5 oktyabr 2024-cü il tarixindən başlayaraq Milton qasırğasının yaratdığı fövqəladə vəziyyətlə əlaqədar yerli hakimiyyət orqanlarının səylərini tamamlamaq üçün federal yardım əmri verilib. 

Baydenin əmrinə ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi tərəfindən Florida hakimiyyətinə yardım daxildir.

Xəbər xətti