Tanınmış həkim paraşütlə uçarkən faciəli şəkildə öldü - VİDEO

10:22 - 7 Oktyabr 2024 - HADİSƏ

Ötən gün saat 16.00 radələrində 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Ucnoqta.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Şamo Mehdiyev tanınmış stomatoloq olub. 

Əslən Laçından olan həkim uzun müddətdir həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olurmuş.

Qeyd edək ki, Şamo Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

 

Xəbər xətti