Meksika körfəzində "Milton" tropik qasırğası güclənərək Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Hazırda fırtına 9 km/saat sürətlə şərqə doğru irəliləyir. Qasırğa daxilində küləyin maksimal sürəti 36 m/s-ə çatır.
“Milton” Proqreso şəhərindən 465 km şimal-qərbdə yerləşir.///tass