Kəlbəcər sakini Kürdə boğulub

18:50 - 6 Oktyabr 2024 - HADİSƏ

Şəmkirdə balıq tutmaq istəyən şəxs Kürdə boğulub.

Ucnoqta.az xəbər verir ki, hadisə Kür çayının rayonun Kür qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Kürdə batıb.

Hadisədən bir qədər sonra mərhumun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti