Konqo Demokratik Respublikasında meymun xəstəliyinə səbəb olan mpox virusuna qarşı ilk peyvənd kampaniyasına başlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu ölkədəki ofisi öz X səhifəsində məlumat yayıb.
Bildirilir ki, Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi ölkəni bürüyən epidemiyanın dayandırılması üçün Şimali Kivu əyalətinin Qoma şəhərində tərəfdaşlarının, o cümlədən Konqo DR-də ÜST-nin dəstəyi ilə mpox virusuna qarşı ilk peyvənd etməyə başlayır.