Livanda bombardman zamanı 25 nəfər həlak olub

20:32 - 5 Oktyabr 2024 - DÜNYA

Son 24 saat ərzində Beyrut və Baalbek-Hermel, Bekaa, Livan dağı, Nəbatiyyə, Səidə və Tire əyalətlərindəki yaşayış məntəqələrinə İsrail hava hücumları nəticəsində 25 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi yanında Təcili Əməliyyatlar Mərkəzi X-də məlumat yayıb. 
Məlumata görə, daha 127 nəfər yaralanıb.

İsrail silahlı qüvvələrinin hücumları nəticəsində ölənlərin sayı son günlər 2 minə yüksəlib, 9,6 min nəfər yaralanıb.

Xəbər xətti