Britaniya tərəfinin Çaqos arxipelaqı üzərində suverenliyi Mavrikiyə ötürməsindən sonra Argentina Böyük Britaniya ilə mübahisəli olan Folklend adalarını (Malvin adaları) qaytarmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Diana Mondino X sosial şəbəkəsində məlumat verib.
Mondino qeyd edib ki, Mavrikiy Çaqosu geri almağa müvəffəq olub və bu, Afrikadakı son Britaniya koloniyasının sonu demək idi.
"Buenos Ayres bu addımı alqışlayır", - nazir vurğulayıb.