"Qarabağ" doğma meydanda da MƏĞLUB OLDU

22:39 - 3 Oktyabr 2024 - İDMAN

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyunu keçirilib.

Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma "Malmo"nun qələbəsi ilə yekunlaşıb 1:2.

Hesabı 15-ci dəqiqədə Juninyo açıb. Rəqibin cavabı gecikməyib. 19-cu dəqiqədə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub. 47-ci dəqiqədə "Molde"nin futbolçusu Erik Botheym 2-ci qolu "Qarabağ"ın qapısından keçirib - 2:1.

Qoyun bu hesabla da yekunlaşıb. "Qarabağ"ın avroliqa oyunlarında məğlubiyyət seriyası davam edir.

Avropa Liqası, Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. “Qarabağ” (Azərbaycan) - “Malmö” (İsveç) - 1:2 

Qollar: Olaviyo Juninyo, 15 (1:0), Erik Botheym, 20 (1:1), 47 (1:2)
Hakimlər: Anastasios Papapetru, Tryfon Petropoulos, İordanis Aptosoglou, Alexandros Tsakalidis 
VAR: Angelos Evangelou
AVAR: Athanasios Tzilos (hamısı Yunanıstan)
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti