Diplomatik nümayəndəliyin tələbi ilə Helsinki polisi tərəfindən Rusiya səfirliyinin təhlükəsizlik yoxlaması bir saat davam edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “İlta-Sanomat” qəzeti məlumat yayıb.
Bundan əvvəl Finlandiya paytaxtının hüquq-mühafizə orqanları Rusiyanın Helsinkidəki səfirliyinin ərazisində saat 17:30-da yoxlamaya başladığını bildiriblər.
Polis maşınları axşam saat 7 radələrində səfirliyin ərazisini tərk edib.