Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Finlandiyadakı səfirliyində yoxlama bir saat davam edib

21:14 - 3 Oktyabr 2024 tarixində dərc olunub.

Diplomatik nümayəndəliyin tələbi ilə Helsinki polisi tərəfindən Rusiya səfirliyinin təhlükəsizlik yoxlaması bir saat davam edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “İlta-Sanomat” qəzeti məlumat yayıb.

Bundan əvvəl Finlandiya paytaxtının hüquq-mühafizə orqanları Rusiyanın Helsinkidəki səfirliyinin ərazisində saat 17:30-da yoxlamaya başladığını bildiriblər.

Polis maşınları axşam saat 7 radələrində səfirliyin ərazisini tərk edib.

Müəllif: Ucnoqta.az redaksiyası