Metronun "28 May" stansiyasında bir nəfər qatar yoluna düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, qatarın maşinisti dərhal əyləci sıxıb:
"Yüksək gərginlik çıxarılıb. Stansiya yoluna düşən sərnişin həyatını itirib.
Qatarların hərəkətində ümumilikdə 17 dəqiqə yubanma qeydə alınıb".