57 yaşlı Pamela Anderson "Glamour" jurnalı tərəfindən "İlin qadını" adına layiq görülüb.
Ucnoqta.az xəbər verir ki, aktrisa jurnalın yeni sayının üz qabığında rol alıb. Eyni zamanda nəşr Pamelanı ilin qadını elan edib.
Məşhur yeni fotosessiyaya dəvət olunub və bəyəndikləri obrazlarda poza verməyi təklif edib.
Ulduz kamera qarşısına ağ şalvar kostyumu, daha sonra bej tüvid pencək, ağ gödəkçə və uzun blazer kostyumu və orta uzunluqlu yubka ilə çıxmaq istəyib.
Bəzi fotoşəkillərdə 57 yaşlı Anderson praktiki olaraq heç bir makiyajsız çəkilib və bu, pərəstişkarlarını xoş təəccübləndirib.
Qeyd edək ki, “Glamour” jurnalı aktrisanı “ilin qadını” kimi xarakterizə edib.