Moskvada on məktəblinin olduğu avtomobil aşıb. Avtomobili 14 yaşlı oğlan idarə edirdi.
Ucnoqta.az xəbər verir ki, “Baza”nın məlumatına görə, qəza Sirenevy Bulvarı ərazisində baş verib. Avtomobilin sükanı arxasında 9-cu sinif şagirdi idarəetməni itirib və avtomobil aşıb.
Ümumilikdə avtomobildə 13-17 yaş arası 10 məktəbli olub. Baqajda dörd uşaq oturmuşdu. Maşın aşan zaman yeniyetmələrdən bəziləri qaçıblar. Digərlərinə tibbi yardım göstərilib.